Bu ərazilərdə şaxta var, qar yağır - VİDEO

Şimal bölgəsində yüksək ərazilərə qar yağıb.

Metbuat.az xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar yağıb. Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.

Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR