Bakıda dönərxana və sex yanıb

Bakıda obyektdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR