Rusiyanın qüvvəsi tükənib: Putin Əsədin

Rusiya Ukraynada “çəllək bombaları”ndan istifadə edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, yüksək dağıdıcı təsirə malik “çəllək bombaları”ndan Suriya ordusu istifadə etmişdi. İddialara görə, Rusiya bu məqsədlə Suriyadan 50 mütəxəssis çağırıb. Bildirilir ki, partlayıcının hazırlanmasında təcrübəyə malik 50-dən çox ekspert bir neçə həftədir Rusiya hakimiyyəti ilə işləyir. Məlumata görə, “çəllək bomabaları” alışan, partlayıcı maddələrin qəlpələrlə birlikdə eyni döyüş başlığına yerləşdirilməsi ilə hazırlanır.

Bu partlayıcı maddələr ucuz başa gəlməsi ilə seçilir. “Çəllək bombaları” ilə hədəfi vurmaq çətin olsa da dağıdıcı qüvvəsi çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR