Sabiq şöbə müdirinə PA-da VƏZİFƏ VERİLDİ

Bir müddət əvvəl öz ərizəsi ilə Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən çıxan Rövşən Süleymanova yeni vəzifə verilib.

Metbiat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Süleymanov Prezident Administrasiyasının İşlər İdarəsində bu həftədən işə başlayıb.

Qeyd edək ki, R.Süleymanov 2019-cu ildə Səbail RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR