Ukrayna döyüş meydanında qələbə qazanmalıdır - Stoltenberq

“Məqsədimiz Ukraynanın döyüş meydanında uğur qazanmasına dəstək olmaqdır”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Ukraynanın danışqlar masasında nəticə əldə edə bilməsi üçün döyüş meydanında məqbul uğurlar qazanmalıdır. Stoltenberqin sözlərinə görə, Ukraynaya qarşı müharibə əvvəlki münaqişələrdə olduğu kimi danışıqlar masasında bitəcək.

“Yeganə sual onun nə vaxt və hansı şəraitdə olacağıdır” - Stoltenberq deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR