Nazir: "Azərbaycanda qazın qiyməti heç nədir"

“Ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir", - deyə nazir qeyd edib.

Bizi telegramdan izləyin - https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR