Səlcuk Bayraktar Azərbaycan səmasında döyüş təyyarəsi idarə etdi - VİDEO

Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub.

Metbuat.az xəbər verir ki, S.Bayraktar bu barədə tvitter hesabında paylaşım edib.

Uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov onu müşayiət edib.

"İlk dəfə Can Azərbaycan səmasında döyüş təyyarəsi ilə uçmaq qismət oldu" - deyə Bayraktar qeyd edib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR