"Araz Supermarket" və "Bazarstore"a qarşı iş qaldırıldı - RƏSMİ

Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkarlanıb. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən “Babək” firması, “Vuqma-qida” MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food” MMC, “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR