Elvin Ağayev əməliyyat üçün Türkiyəyə yola düşür -

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat üçün Türkiyəyə gedir.

Metbuat.az xəbər verir ki, bu barədə aktyor özünün İnstaqram hesabında məlumat verib. Sabah yola düşəcəyini qeyd edən Elvin ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Allah yolumuzu açıq etsin. Məni sağ, salamat görmək üçün dua və yardım edən hər kəslə görüşdürsün. Uzun müalicədən sonra Türkiyəyə yollanırıq. Bu günə qədər bizə dəstək olan hər kəsdən Allah razı olsun. Yenidən görüşmək ümidi ilə".

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora qaraciyər köçürüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR