Bakıda polis maşını ağır qəzaya uğradı:

Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan yol qəzası nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, 1 nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib: "Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti sabit qiymətləndirilir".



08:50

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi "Fiat" markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və "Mercedes"in sürücüsü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR