UEFA Konfrans Liqasının ilk qalibi bəlli olub

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi İtaliya "Roma"sı olub.

Metbuat.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən turnirin final oyununu 1 qol həll edib. Belə ki, 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo Niderland "Feyenoord"unun qapısından qol keçirərək "Roma"ya qələbə qazandırıb.

Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR