Rusiyaya NÖVBƏTİ ZƏRBƏ -

“Bosniya və Herseqovina NATO-ya daxil olmaq üçün üçün qərarlıdır”.

Metbuat.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Prezident Şurasının sədri Sefik Dzaferoviç açıqlama verib. O bildirib ki, ölkənin NATO-ya daxil olması üçün bəzi problemləri var. Sefik Dzaferoviçin sözlərinə görə, ölkə hələ 2005-ci ildə NATO-ya üzv olmaq istəyini dilə gətirib. Dzaferoviç etiraf edib ki, Rusiya Bosniya və Herseqovinaya təsir edə bilir. “Rusiya tərəfindən Bosniya və Herseqovinada açıq təhdid var.

Rusiyalı səfir ölkənin NATO-ya üzv olmaq üçün israr edəcəyi təqdirdə nəticələri olacağı barədə xəbərdarlıq edir. Lakin biz NATO yolunda qərarlı şəkildə irəliləyirik” -deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR