Baş nazirin görüntüləri başına bəla oldu: İstefası tələb olunur -

Böyük Britaniyanın Baş naziri Boris Consonun karantin dövründə qaydaları pozması ilə bağlı iddialara dair rəsmi hesabat yayımlayıb.

Metbuat.az xəbər verir ki, araşdırmaların nəticəsinə görə, Consonun təşkil etdiyi partilərdə qonaqlar karantin qaydalarına əməl etməyib. Hökumət nümayəndələrinin tədbirlərdə spirtli içki qəbul edərək mübahisə etdiyi məlum olub. Karantin dövründə Conson 16 partiyə qatılıb. Hesabata münasibət bildirən Conson, səhvini etiraf edərək, “Dərsimi aldım” deyib. Conson istefa verməyəcəyini ifadə edib.

Qeyd edək ki, karantin dövründəki partilərdə çəkilmiş fotoların yayılmasından sonra məsələ barədə araşdırmalar başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR