Ərdoğan müharibə anonsunu verdi:

“ABŞ Suriya məsələsinə dair Türkiyə ilə müzakirələrə başlayıb”.

Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Suriyada yeni hərbi əməliyyatlara başlayacağı barədə açıqlamasına belə münasibət bildirib. O bildirib:

“Türk müttəfiqlərimizlə Prezident Ərdoğanın son günlərdə elan etdiyi təklif haqqında daha çox detal öyrənmək üçün təmasa keçdik. Bunu səfirliyimiz və nazirliyimiz səviyyəsində etdik”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada təhlükəsizlik bölgələrinin yaradılması barədə həyata keçirilən fəaliyyətlərin tamamlanması üçün hərbi əməliyyatlara hazırlaşdığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR