Bakıda bu məktəblər distant tədrisə keçir - Səbəb AÇIQLANDI

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçiriləcək.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən tam orta məktəblərdə dərslər distant tədrisə keçəcək.

Həmin məktəblərin adını təqdim edirik:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

Sözügedən məktəblərin distanta keçəcəyi tarix hələ ki açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR