​"Liverpul" finalda məğlub olarsa... -

"Liverpul"un hücumçusu gələcək kariyerası barədə qərarını Çempionlar Liqası finalından sonra verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib. Mane bildirib ki, hələlik o, yekun qərarını verməyib. Britaniya mətbuatı yazır ki, 30 yaşlı seneqallı hücumçu "Liverpul” Çempionlar Liqasının qalibi olacağı təqdirdə klubdan ayrılmayacaq. Lakin “Liverpul” məğlub olarsa Manenin iki seçimi var. O “Real Madrid” və “Bavariya” seçimlərini nəzərdən keçirir. Hücumçu Almaniyada oynamağı daha çox istəyir.

Qeyd edək ki, 2016-cı ildən "Liverpul"un formasını geyinən Manenin komandası ilə müqaviləsi gələn il başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR