ABŞ-da məktəbdə qətliam: Polislərin lazımlı tədbir görmədiyi

ABŞ-nin Texas ştatındakı orta məktəblərin birində baş verən silahlı qətliamla bağlı polislərin vaxtında tədbir görmədiyi iddia edilib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, rəsmilər açıqlamasında etiraf ediblər ki, qətliamı törədən Salvador Ramos bir saata yaxın məktəb binasında olub. Bu zaman dilimində o, 19 uşağı və iki müəllimi qətlə yetirib.

Hadisənin canlı şahidləri və içəridə öldürülən məktəblilərin valideynləri içəri girmək istəyiblər. Çünki şahidlərin dediyinə görə, valiedynlər zabitlərə "İçəri girin! Oraya girin!" deyə qışqırsalar da, polislər içəri daxil olmayıblar.

Qeyd edək ki, qatil bir "Facebook" kontaktına bir sıra şəxsi mesajlar göndərib və orada nənəsini "öldürəcəyini" və "ibtidai məktəbə hücum edəcəyini" yazıb. Qətl zamanı istifadə etdiyi yarı avtomatik tüfəngləri 18 yaşı təzəcə tamam olduqdan sonra və hücumdan bir neçə gün əvvəl qanuni yolla aldığı məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR