İmran Xan hökumətə vaxt verdi: İstefa verməsəniz... - Böyük dəstək var, əhali paytaxtda axışır

Pakistanın keçmiş Baş naziri İmran Xan seçki tarixinin müəyyən edilməsi, məclisin buraxılması üçün hökumətə 6 gün vaxt verib.

Metbuat.az xəbər verir ki, İmran Xan bu məqsədlə aksiyasına fasilə verib. O xəbərdarlıq edib ki, hökumət istefa verməsə bütün pakistanlılar İslamabada geri qayıdacaq. İmran Xan bildirib ki, tərəfdarları onun çağırışına dəstək verərək küçələrə çıxıb. Lakin polisin müdaxiləsi gərginliyə yol açıb. İmran Xan gərginliyin daha da artmaması üçün aksiyanı dayandırmaq istədiyini ifadə edib.

Qeyd edək ki, polis İmran Xanın tərəfdarlarının İslamabada axın etməməsi üçün yolları bağlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR