Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 2 933 nəfər vaksinasiya olunub.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 354, ikinci doza vaksinlərin sayı 268 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 086-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 715 913, birinci doza peyvəndlərin ümumi sayı 5 346 872, ikinci doza vaksinlərin sayı 4 848 256 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 275 580, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 245 205 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR