Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında çıxış edəcək

Mayın 28-də Albaniyanın paytaxtı Tiranada start götürəcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək ağırlıqqaldıran müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından Metbuat.az-a verilən məlumata görə, yarışda Dadaş Dadaşbəyli qüvvəsini sınayacaq. O, 102 kq çəki dərəcəsində medal qazanmağa çalışacaq.

İyunun 5-dək davam edəcək qitə çempionatında 39 ölkədən ümumilikdə 326 atlet (161 qadın + 165 kişi) mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR