Rusiyadan "MİNA PLANI": 20 milyon ton taxıl Ukrayna limanlarında qalıb

Rusiya Qara dənizə 400-500 arası mina yerləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusundakı mənbə məlumat verib. Bildirilib ki, dənizə yerləşdirilən minalar, Ukrayna limanlarındakı məhsulların ixrac edilməsinə mane olur. Qeyd edək ki, müharibə başlayandan sonra Ukrayna Qara dəniz limanlarından taxıl ixracını dayandırıb.

Bölgədə 20 milyon ton taxılın qaldığı bildirilir. Taxılın ixrac edilməməsi ilə bağlı problemlər davam edərsə, bəzi ölkələrdə qida qıtlığı yaşana bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR