Rusiya yenidən bombaladı:

Rusiya ordusu yenidən Xarkova hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O bildirib ki, hücum zamanı 9 nəfər həlak olub. 19 yaralı var. Zelenskinin sözlərinə görə, Donbasdakı toqquşmalar bölgədə ciddi fəlakətə səbəb olacaq. “Popasna, Lyman, Mariupol kimi bölgələri yox etmək istəyirlər” deyən Zelenski bildirib ki, Rusiya üzərində təzyiqi daha da artırmaq lazımdır. “Rusiya üzərində təzyiq artdıqca daha çox insan xilas olacaq” - deyə Zelenski bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR