Qida böhranı başlaya bilər: Təcili dayanın -

ABŞ Rusiyanı Ukraynada müharibəni dayandırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, “Ağ ev” sözçüsü Karin Jan-Pyer bildirib ki, Ukraynadakı müharibə qlobal qida böhranına yol aça bilər. “Rusiya təcili şəkildə Ukraynada qlobal qida təhlükəsizliyini məhv edən müharibəni dayandırmalıdır” deyən sözçü, ticarət yollarının bağlandığını ifadə edib. Onun sözlərinə görə, Rusiya Ukraynadan qida ixracına icazə verməlidir.

Qeyd edək ki, müharibə səbəbilə 200 milyon ton taxıl Ukrayna limanlarında qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR