Ağdamda minaya düşən hərbçi ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Hazırda vəziyyəti stabildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR