Karate üzrə milli komandamız Avropa çempionatının finalına yüksəlib

Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, karateçilərimiz Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət komandamız çempionatın finalına vəsiqə qazanıb. Mübarizəyə səkkizdəbir finalda start verən yığmamız ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib. Mayın 29-da keçiriləcək həlledici mərhələdə komandamız Fransa karateçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, ölkəmiz yarışda 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR