Putin tək şərtini açıqladı: Böhranın həll olmasını istəyirsinizsə bunu edin

Rusiya Prezidenti Vladimir Putinlə İtaliyanın Baş naziri Mario Dragi arasında baş tutan telefon danışığının detalları məlum olub.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin Qara və Azov dənizlərində humanitar dəhlizlərin açılmasına razılıq verib. Məlumata görə, dəhliz hər gün müəyyən edilən saatlarda açıq olacaq. Rusiya humanitar dəhlizlərdən qidaların və gübrələrin daşınmasına icazə verib. Bildirilir ki, bu qlobal qida böhranının qarşısını ala bilər. Məlumata görə, bunun üçün Putinin şərti var. Putin Qərbdən “siyasi ədavət”ə görə tətbiq edilən sanksiyaların ləğvini tələb edir.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Ukrayna sahillərindəki xarici ölkələrə məxsus gəmilərin bölgəni tərk etməsi üçün açdığı dəhlizin uzunluğunun 223 kilometrə çatdırıldığını açıqlamışdı. Ukrayna limanlarında 200 milyon ton buğdanın qaldığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR