Rusiya təsdiq etdi: Əlaqə kəsilib - "Onların günahıdır"

Rusiya tərəfi Ukrayna ilə danışıqların dayandığını təsdiq edib.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, danışıqlar Ukraynanın davranışları səbəbilə dayanıb. “Ukrayna tez-tez mövqeyini dəyişir” deyən Peskov, Kiyevin siyasətinin anlaşılmaz olduğunu ifadə edib. Qeyd edək ki, Prezident Vladimir Zelenski Rusiyanın ciddi sülh danışıqlarına hazır olmadığını ifadə edərək, danışıqların dayandığını açıqlamışdı.

Tərəflər arasında birbaşa son görüş martın 29-da İstanbulda keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR