Qobustanda 900 metr uzunluğunda küçə təmir edilib -

Avtomobil Yolları Dövlət Agentliyi Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində uzunluğu 900, eni 6 metr olan mərkəzi küçənin təmirini yekunlaşdırıb.

Metbuat.az agentlikdən verilən məlumata əsasən xəbər verir ki, təmir çərçivəsində frezlənmə, yararsız qruntun çıxarılması, əks-dolğu, yol əsasının və küçənin profilə salınması işləri görülüb. Bundan başqa 100 p/m səki daşı yenilənib, yeni asfalt-beton örtüyü döşənib.

Təmir işləri rayonun Qızıldaş qəsəbənin ümumi uzunluğu 5100 metr təşkil edən, 6 metr enə malik 12, 13 və 14-cü küçələrində də icra olunub.

Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR