Bayramda "Bakmil" iş günləri qrafiki üzrə çalışacaq

Mayın 28-29-u Bakı metropoliteninin "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkəti iş günləri cədvəli üzrə həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.

“Qeyd olunan günlərdə metropolitendə qatarlar adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə hərəkət edəcəyindən bu istiqamətlər üzrə iş günləri cədvəli qüvvədə olacaq”, - məlumatda bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR