Putinin qarşısına fərqli obrazlarda çıxdı - Xüsusi xidmət orqanları... -

Rusiya Prezidenti Vladimir Putin müharibə günlərində ictimaiyyət arasında çox görünmür. Kreml daha çox bunun imitasiyası ilə məşğuldur. Putinin sadə insanlarla təşkil olunduğu bildirilən görüşlərə diqqət yetirmək kifayətdir. Həmin görüşlərdə, adətən, oxşar simalar iştirak edir. Bu işə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunur.

Metbuat.az xəbər verir ki, Rusiya Federal Mühafizə Xidmətinin işçiləri müxtəlif geyimlərdə ayrı-ayrı obrazları təmsil edirlər. Onlar gah əczaçı, gah şaxtaçı, gah da həkim qiyafəsində görünürlər. Putinin növbəti görüşü məzəli ssenarini ifşa edib. Dövlət başçısı guya Ukrayna müharibəsində yaralanan rusiyalı hərbçilərlə görüşüb. Məlum olub ki, seyrək saçlı “hərbçi” Putinlə başqa görüşdə də iştirak edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR