Bu gün UEFA Çempionlar Liqasının finalı baş tutacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gələcəklər. Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bak vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçisi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

“Liverpul” – “Real Madrid” oyunu ilə Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR