Azərbaycanlı taksi sürücüsü ilə "sevgili" olan Voloçkova DANIŞDI - FOTO

Rusiya mediasında balerina Anastasiya Voloçkovanın Türkiyədə Azərbaycandan olan taksi sürücüsü ilə istirahət etməsi barədə məlumatlar yayılıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Voloçkova isə öz növbəsində bu barədə məlumatları təkzib edib.

Balerina öz instaqram hesabında paylaşım edərək Türkiyədə öz biznesmen dostu ilə istirahət etdiyini bildirib: “Türkiyəyə romantik səyahətə getmişdim. Məni dostlarım və türkiyəli iş adamı, zəngin dostum dəvət etmişdi”.

Onun sözlərinə görə, yeni sevgilisinin 22 lüks avtomobildən ibarət şəxsi kolleksiyası var.

Voloçkova qeyd edib ki, sevgilisi gənc və maraqlı bir insandır. Balerina həmçinin qeyd edib ki, sevgilisi Voloçkova üçün bütün bir adanı icarəyə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR