Bəhruz Bayramov: Saleh Rüstəmli hava limanında araşdırmadan sonra sərbəst buraxılıb -

Saleh Rüstəmlinin saxlanıldığını deyən dostu və vəkili Bəhruz Bayramov onun barəsində məlumatı yeniləyib. O, S.Rüstəmlinin araşdırmadan sonra sərbəst buraxıldığını bildirib.

Metbuat.az xəbər verir ki, Bəhruz Bayramov bu barədə feysbuk səhifəsində paylaşıb.

***

23:26

Xəbər verdiyimiz kimi, əfv sərəncamı ilə azadlığa buraxılan sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edib.

Metbuat.az xəbər verir ki, S.Rüstəmlinin vəkili Bəhruz Bayramov onun getdiyi Rusiyada, Moskvadakı hava limanında saxlanıldığı bildirilir.

Bu barədə onun dostu və vəkili Bəhruz Bayramov məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR