Emin Əmrullayev “TEKNOFEST Azərbaycan”da qalib gələn

Təhsil naziri Emin Əmrullayev “TEKNOFEST Azərbaycan”da qalib gələn şagird və tələbələri təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə E.Əmrullayev özünün "Twitter" hesabında paylaşım edib.

"TEKNOFEST-də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək.

Qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması məni çox sevindirdi. Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir. Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu", - deyə nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR