Bakıda "TEKNOFEST"in dördüncü günü start götürüb

Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının son - dördüncü günü start götürüb.

Trend xəbər verir ki, bu gün ərzində festivalda komanda və iştirakçıların mükafatlandırılması, həm böyüklər, həm də uşaqlar üçün bir sıra əyləncə proqramlarının, aviaşouların, flyboard şouların keçirilməsi və s. gözlənilir.

Aviasiya, kosmik və texnologiya şirkətlərinin nümayəndələri "TEKNOFEST"də öz məhsullarını təqdim etməyə davam edəcəklər.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR