Satışa çıxarılan villanın üzərindəki sözlər diqqət çəkdi: Müştərilər dərhal fikrini dəyişdi - VİDEO

Türkiyənin Tokat şəhərində satışa çıxarılan villanın üzərinə yazılan sözlər diqqət çəkib.

Metbuat.az xəbər verir ki, Ali Yılmaz adlı şəxs villanı oğlunun adına sənədləşdirib. Bundan sonra isə oğul evi satmaq qərarına gəlib. Lakin atası buna qarşı çıxdığına görə tərəflər arasında mübahisə baş verib. Ata evin satılmaması üçün evin üzərinə “Bu villa satıla bilməz. Ata oğula verib. Vəfasız övladdır qəti şəkildə bu villayı sata bilməz” deyə yazıb. Evə baxmağa gələn müştərilər yazını oxuyandan sonra təəccüblənib. Onlar evi almaqdan imtina edib. Oğul atasının evdən çıxarılması üçün məhkəməyə müraciət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR