Növbəti "TEKNOFEST" bu şəhərdə keçiriləcək -

Növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu sözləri mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O, "TEKNOFEST Azərbaycan"da fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il baş tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR