“Bakıda bacı-qardaşlarımızla əfsanəvi festival təşkil etdik” - Selçuk Bayraktar

“Bir uşaq gəlib bir təyyarəyə toxunsun”, - deyərək çıxdığımız bu yolda, Bakıda bacı-qardaşlarımızla əfsanəvi bir festival təşkil etdik. “TEKNOFEST Azərbaycan” bir daha bizə bir araya gəlsək nələr edə biləcəyimizi göstərdi”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının bağlanış mərasimi ilə bağlı tviter hesabında yazıb.

O, paylaşımına “Bir millət, iki dövlət”, “tək festival” həştəqlərini də əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR