Bakıda obyekt yandı

Bakı şəhərinin Suraxanı rayonunda yerləşən obyektdə yanğın hadisəsi baş verib.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansard tipli obyektin lambirindən ibarət tavanı 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrini 5 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR