Azərbaycanda əmək pensiyası alanların sayı 1% artıb

Azərbaycanda əmək pensiyası alanların sayı 1% artıb
11:12 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 11:07 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda əmək pensiyaçılarının sayı 2014-cü ilin əvvəlinə 1 277,1 min nəfər olub.  İlkin məlumatlara əsasən, yanvar-dekabr aylarında onların sayı 1% artaraq (o cümlədən yaşa görə 8 min nəfər azalıb, ailə başçısını itirməyə görə 4,3 min nəfər, əlilliyə görə 16,7 min nəfər artıb) 1 yanvar 2015-ci il tarixinə 1 290,1 min nəfər təşkil edib. Bu barədə “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

2015-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat təşkil edib.

 

Əmək pensiyası “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası vardır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR