Ukrayna ordusu nə qədər itki verib? -

Rusiya ordusu müharibə başlayandan indiyədək Ukraynaya məxsus 183 təyyarə, 128 helikopter, 3323 tank və zirehli texnikanı məhv edib.

Metbuat.az "RİA Novosti"yə xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov deyib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri aşağıdakılar məhv edilib: 183 təyyarə, 128 helikopter, 1064 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3323 tank və digər zirehli döyüş texnikası, 451 reaktiv yaylım atəşi sistemi, 1731 səhra artilleriya silahı və minaatan, o cümlədən 392 ədəd xüsusi təyinatlı hərbi texnika", - deyə Konaşenkov bazar ertəsi brifinqdə qeyd edib.

Konaşenkov onu da bildirib ki, Rusiya hava zərbələri bir gündə 320 yaraqlı və 47 Ukrayna silahını məhv edib:

"Yüksək dəqiqlikli havadan buraxılan raketlər Ukrayna Silahlı Qüvvələrinin batalyonlarının iki komanda və müşahidə məntəqəsini, rabitə mərkəzini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 34 ərazini vurub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR