Rusiya üçün ən pis ssenari: Putin Avropadan bu zərbəni gözləmirdi -

“Avropa Birliyi ölkələri Rusiya neftinə sanskiyaların tətbiq edilməsi barədə razılığa gəlib”.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen açıqlama verib. O bildirib ki, razılaşmaya əsasən Avropa Birliyi ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaldacaq. Həmçinin Rusiyaya qarşı razılaşdırılan 6-cı sanksiya paketində Rusiyanın ən böyük banklarından olan “Sberbank”ın Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) çıxarılması və rus dövlət televiziyasının qadağan edilməsi də var.

Qeyd edək ki, Avropa Birliyi Rusiya qarşı 6-cı sanskiya paketi barədə uzun müddətdir razılaşa bilmirdi. Avropanın bəzi ölkələri xüsusilə Macarıstan Rusiyadan neft idxalını dayandırmağa razı deyildi. Onlar buna hazır olmadıqlarını açıqlayıblar. Rusiyanın neft satışından ayda 20 milyard dollar əldə etdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR