Rusiyanın muzdlu hərbçilərinə ŞOK PUSQU:

Mərkəzi Afrika Respublikasında Rusiyanın muzdlu hərbçiləri pusquya salınıb.

Metbuat.az xəbər verir ki, ölkənin Oudam-Pende bölgəsində təşkil edilən hücum nəticəsində 2 rusiyalı muzdlu hərbçi həlak olub. Məlumata görə, onlar “Vaqner” qrupunun üzvləridir. Bildirilir ki, hücumu üsyançı “Dəyişiklik üçün Patriotlar” adlı qruplaşma təşkil edib.

Qeyd edək ki, “Vaqner” qrupu Afrikanın bir sıra ölkəsində bəzi maddi maraqlar qarşılığında ölkənin liderlərinin və strateji obyektlərin mühafisəzini təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR