ABŞ əsgərlərinin olduğu hərbi bazaya hücum edildi

İraqın Ənbar vilayətində ABŞ hərbçilərinin olduğu Ayn el-Esed bazasına hücum olub.

Metbuat.az xəbər verir ki, bazaya 5 raket atılıb. Fəsadlar barədə məlumat yoxdur. Hücumdan sonra bölgədə axtarış işləri başlayıb. Bildirilir ki, mərmilərin Barvana bölgəsindən atıldığı müəyyən edilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR