Bakıda avtobuslarda kondensionerlər nə zaman işləyəcək? -

Son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.

Bu barədə Metbuat.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR