Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin 2022-ci il yaz sessiyası başa çatıb.

Metbuat.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda dövlət himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Deputatlar iyun ayında növbədənkənar sessiyanın çağırılması ilə bağlı parlament sədrinə müraciət ediblər.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların yığıncaqları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR