Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi -

28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov Türkiyənin Çanakkale şəhərində öldürülüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə mayın 27-si Lapseki adlı bölgədə baş verib.

Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə ilə bağlı mübahisə düşüb. Tərəflər daha sonradan barışmaq üçün kafedə görüşüblər. Bu zaman qruplar arasında yenidən dava düşüb və nəticədə İlkin Eminov bıçaqlanıb. Ağır halda xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İlkin Eminov Lapsekidə işləyib və qaydasız döyüşlə məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR