Sergey Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Metbuat.az əbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, - o deyib.

O bildirib ki, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR