Məşhur futbolçu Mesut Özil "Fənərbaxça"dan ayrılacağı ilə bağlı iddialara aydınlıq gətirib.
Metbuat.az xəbər verir ki, Özil sosial media hesabından verdiyi açıqlamada klubdan ayrılmayacağını qəti ifadə edib:
"Tək məqsədim müqavilə müddətində formanı tərlətməkdir. Bu qərar çox aydın və qətidir. Uşaqlıq sevgim olan "Fənərbaxça" ilə 3,5 illik müqavilə imzalayaraq hədəfimi tamamladım və karyeramı Fənərbaxça”dan başqa komandada bitirməyəcəyəm", - deyə o bildirib.
Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbağça"ya keçib. O, martın 24-də baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılıb.