Azərbaycanda siqaret bahalaşır? - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə siqaretin bahalaşması ilə bağlı iddialar yer alıb.

Metbuat.az-ın soruğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, bazarda qiymət manipulyasiyası kimi hallar baş verərsə, qanunamüvafiq tədbirlər görüləcək:

"Liberal bazar iqtisadiyyatı şəraitində tütün məmulatlarının qiyməti rəqabət prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bazarda qiymət manipulyasiyası ilə əlaqədar konkret faktlar olduğu təqdirdə istehlakçılar və sahibkarlar 195-1 çağrı mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər. Bazarda antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə qanunamüvafiq tədbirlər görüləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR